AXCP KXCP-yə qarşı HÜCUMA KEÇDİ

Müsavata qarşı təhqir kampaniyası indi də KXCP-yə tədbiq olunur
AXCP KXCP-yə qarşı HÜCUMA KEÇDİ

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təhqir hücumuna məruz qalmaqdadır. SİA-ya daxil olan məlumata görə, artıq sosial şəbəkələrdə AXCP-yə məxsus səhifələrdə partiya sədri Mirmahmud Mirəlioğlu və rəhbəri olduğu siyasi təşkilat ən ağır təhqirlərlə təhdid olunmaqdadır. Yazılarda "Onsuz da bayrağınız, məzhəbiniz bilinməyib, Milli Şurada olmasanız yaxşıdır", "Mirmahmud, get İsa Qəmbərin ... tut", "Klassiklər kimin tuzikləridir" kimi təhqiramiz ifadlər yer almaqdadır.

KXCP-nin sədr müavini Xəzər Teyyublu bununla bağlı deyib ki, partiya sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvünün Milli Şuranın sessiyasını tərk etməsinə AXCP-yə yaxın gənclər təhqiramiz formada reaksiya veriblər və bu cür təhqirlər siyasi əməkdaşlıq mühitinə ziyan vurur. "KXCP-ni təhqir etmək üçün sanki məqam gözləyirlər"-deyə bildirən Teyyublu onu da qeyd edib ki, Azərbaycanın milli azadlığı uğurunda mübarizə aparan, Müstəqillik Aktını imzalayan insanlara qarşı bu cür hörmətsizlik heç cür başadüşülən deyil: "Hazırda qeyri-müəyyən vəziyyət yaranıb. AXCP-nin sonuncu cəhdi anlaşılmazlıq yaratdı. Onsuz da, AXCP Milli Şurada mövcuddur. Şurada xüsusi üstünlük qazanmaq nəyə lazımdır?".

Qeyd edək ki, KXCP-nin Milli Şuradan ayrılmasının əsas səbəblərindən biri AXCP-nin həmin qurumda xüsusi üstünlük qazanması üçün oraya məhz cəbhəçilərin yerləşdirilməsi təklifi olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə