Araz Əlizadə: “Cəmil Həsənli faşist hakimiyyətinin tərkibində olub” İTTİHAM
"Bu insan öncə müxalifəti satdı iqtidara, sonra da deputat seçilmədiyi üçün, yenidən satıldı müxalifətə. Bir gün gələcək, Cəmil Həsənli Milli Şuranı da satacaq. Ancaq olmayan bir şeyi satmaq mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosiaı Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetindəki məqaləsində Leyla Yunusa qarşı baş verənləri faşistlərin yəhudilərə qarşı davranışlarına bənzətməsinə münasibətini açıqlayarlən deyib.
ASDP sədrinin fikrincə, qeyd etdiyi bütün amillərlə yanaşı, Leyla Yunusdan fərqlənnəyən Cəmil Həsənli öz əxlaqını da satıb: "Ancaq ən əsası, bu adam öz əxlaqını satıb. Çünki Leyla Yunusla Cəmil Həsənli arasında elə bir fərq yoxdur. O, xalqın cibinə girib, qeyri-qanuni təqaüd alır – ildə iki min manat. Ona görə də bu insanın əxlaqdan, doğruluqdan, düzgünlükdən eləcə də digər bu kimi məsələlərdən danışmağa ümumiyyətlə, haqqı yoxdur".
Araz Əlizadə Cəmil Həsənlinin özünün vaxtilə faşist hakimiyyətində təmsil olunduğunu xatırladıb: "Əgər Cəmil Həsənli faşist görmək istəyirsə, onun vaxtilə müşaviri olduğu Elçibəy hökumətinə baxsın, həmin hökumətin güc strukturlarına baxsın. Baxsın İsgəndər Həmidova, baxsın Sülhəddin Əkbərə, baxsın Təhməzova, baxsın Fəhmin Hacıyevə və etiraf etsin ki, faşist kimdir. Məhz onun özü faşist hakimiyyətinin tərkibində olmuş, fəaliyyət göstərmiş adamdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB