ABŞ Uorlikin həmsədrlikdən geri çağrılması məsələsinə biganə qala bilmədi Rəsmi məlumat

ABŞ Uorlikin həmsədrlikdən geri çağrılması məsələsinə biganə qala bilmədi Rəsmi məlumat

ABŞ-ın Azərbaycandakı səfirliyi xarici işlər nazirinin müavini Araz Əzimovun ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı fikirlərinə münasibətini açıqlayıb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.

Məlumatda vurğulanır ki, ABŞ hökuməti A. Əzimovun fikirləri ilə razılaşmır: "ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır".

Xatırladaq ki, xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan hökumətinin C. Uorlikin fəaliyyətindən narazılığını bildirmişdi. A. Əzimov həmçinin bildirmişdi ki, rəsmi Bakı Uorlikin həmsədrlikdən geri çağrılması məsələsini qaldıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə