Niyaməddin Orduxanlı: “Arif Hacılı qurultay keçirib, İsa Qəmbərin başqanlıq postuna yiyələnəcək”
"Bu bir daha onu göstərir ki, Müsavat Partiyası spekulyasiya ilə məşğuldur. Aydındır ki, Müsavat Partiyasının son zamanlar passivliyi var və partiya rəhbərliyi həmin passivliyi bu kimi digər bənzər vasitələrlə aradan qaldırmağa çalışır". Sözügedən fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasının qurultay keçirməməsinə, eləcə də mitinqini təxirə salmasına münasibətini bildirərkən dedi. BAXCP rəsmisinin sözlərinə görə, Müsavat rəhbərliyi belə oyunlarla siyasi gündəmdə qalmağı və maraq dairəsindən silinməməyə çalışır: "Yəni bunlar fikirləşirlər ki, gündə bir mitinq qərarı verməklə, qurultay qərarı verməklə siyasi gündəmdə qalmağı bacaracaqlar. Həmçinin, unutmaq lazım deyil ki, Müsavat təmsilçiləri vaxtilə bir neçə partiyanın birləşdiyi, hazırda bir neçə nəfərdən ibarət olan Milli Şurada təmsil olunarkən də mitinqlərə beş-on nəfər adamdan artıq tərəfdarını toplaya bilmirdi. O ki qala Müsavat öz mitinqini keçirməyə iddia edirdi. Yəni bütün bunlar öncədən hesablanmış bir addım idi".
Niyaməddin Orduxanlı partiya daxilində İsa Qəmbər-Arif Hacılı qarşıdurmasına da aydınlıq gətirib. Onun fikrincə, qurultayın keçirilməməsi heç də yer məsələsi ilə yaranmış problem deyil: "Qurultaylarının da keçirilməməsinin səbəbi heç də yer məsələsi deyil. Ortada İsa Qəmbərlə Arif Hacılı arasında olan dərin uçurum və narazılıq mövcuddur. Düşünürəm ki, Arif Hacılı İsa Qəmbərə güzəştə getməyəcək və bu yaxınlarda öz qurultayını keçirərək, başqanlıq postuna yiyələnəcək. Bu yolla da İsa Qəmbər başqanlıq postundan getməli olacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB