"Əli Kərimli və Leyla Yunus milli maraqları satmağa hər zaman hazır olublar" MÜSAHİBƏ

Elşən Musayev: "İçində erməni qanı gəzdirən satqına həmin viza daha tez verilməli idi, nəinki 2 saat müddətinə"
"Əli Kərimli və Leyla Yunus milli maraqları satmağa hər zaman hazır olublar" MÜSAHİBƏ

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, müxalifət partiyalarının və onların təsiri altında olan QHT-lərin xarici fondlarla iş birliyi qurmağa daha çox meyil göstərmələri nə ilə bağlıdır?

- Müxaliflərin xarici fondlarla iş birliyi təcrübəsi çox-çox öncəki illərə təsadüf edir. Yəni Azərbaycanda bəzi siyasi və ictimai təşkilatların təşəbbüsü ilə belə bir ənənənin əsası qoyulub, həmin fəaliyyət estafet formasında davam etdirilib. Məsələ burasındadır ki, bəlli fondların bu və ya digər şəkildə, məsələn "demokratiya" və "insan hüquqları" şablonu altında sərgilədiyi fəaliyyət nəinki Azərbaycanın ictimai-siyasi həyatına, ümumiyyətlə dünyanın heç bir məkanına ziyandan, problemdən, təlatümlərdən savayı bir şey gətirməyib. Deyim ki, bu da tam normaldır. Ya da belə deyək: tutaq Amerikanın, Rusiyanın və ya ixtiyari bir qeyri-dövlətin nə marağı ola bilər ki, bir başqa dövlətə təmənnasız maliyyə yardımı etsin? Əlbəttə ki, burada təmənna var. Həm də birmənalı şəkildə. Konkret olaraq, Azərbaycanda fəaliyyət göstərən AXCP tipli üzdəniraq, satqın, agent təşkilatlar xarici maraqların təmin olunmasında mayak, əsas təəssübkeş rolunu oynayır. Üstəgəl bir tək bu fəaliyyətlə keçimir, eyni zamanda, sizin də qeyd etdiyiniz kimi əlində, tabeliyində, himayəsində olan digər törəmə təşkilatlara da istiqamət verir, onları yönləndirir.

- Artıq sübuta yetirilir ki, AXCP-nin müəyyən maliyyə yardımları əldə etməsində Sülh və Demokratiya İnstitunun rolu olub. Ola bilərmi Əli Kərimli də bu məsələ ilə bağlı istintaqa cəlb olunsun?

- Ataların gözəl bir misalı var: "Görünən dağa nə bələdçi?" İndi misalı haqqında danışdıqlarımıza yaxın, Əli Kərimli və Leyla Yunusu təftiş etməyə nə ehtiyac var? Bu ictimai-siyasi ünsürlər onsuz da elə özləri də etiraf edirlər ki, milli və dövlət maraqlarını satmağa hər zaman hazır olublar və bu gün də hazırdırlar. Yəni ortalıqda separat bir fəaliyyət yoxdur. Onlar açıq-açığına Azərbaycana qarşı mübarizədədirlər. O ki, qaldı Əli Kərimlinin məhz bu məsələ ilə bağlı istintaqa cəlb edilmə perspektivinə, düşünürəm ki, Ə.Kərimli yalnız bu məsələ ilə bağlı deyil, bir çox məsələlərlə bağlı açıqlama, izahat verməlidir. Çünki bu insanın adı demək olar ki, bütün qara işlərdən çıxır. İctimai-siyasi həyatda nə zir-zibil, nə ziddiyyət, nə kuryoz varsa adam sanki ora rusların sözü olmasın "pripiska"dır. Bu isə Ə.Kərimlinin xislətindən və bitib-tükənməyən ambisiyasından irəli gələn məsələdir. Eyni zamanda, güman edirəm ki, əgər Leyla Yunusun və nəinki Leyla Yunusun, bir çoxlarının işi çətinə düşsə anındaca ideoloq və stimulverici kimi Əli Kərimlini nişan verəcəklər.

- İki il çalışıb Fransaya bir illik viza ala bilməyən vətəndaşlardan fərqli olaraq Leyla Yunusa iki saat ərzində beş illik viza verilir. Sizcə, Fransanın Leyla Yunusa diqqət və qayğısı nədən qaynaqlanır?

- Tamamilə doğru buyurursunuz. Bu məsələdə xüsusi maraqlar olub. Amma mövzunun bir də subyektiv çaları var. O da Fransa dövlətinin kimliyi və Leyla Yunusun şəxsiyyəti ilə bağlıdır. Və ya, hər birimizə aydındır ki, bizim qan düşmənimiz olan ermənini tarix boyu Fransadan çox dəstəkləyən ikinci bir dövlət olmayıb. Üstəgəl nəzərə alın ki, Leyla Yunus erməni əsillidir. Eyni zamanda, ermənilərin Azərbaycanda əsas təbliğat ruporlarından biridir. Belə olan halda başqa nə gözləntimiz ola bilərdi? Təbii, heç nə. İçində erməni qanı gəzdirən satqına həmin viza daha tez verilməli idi, nəinki 2 saat müddətinə. Sizdən də xahiş edirəm ki Leyla Yunusla siravı vətəndaşların ən kiçik məsələlərdə belə müqayisəsini aparmayasınız. Niyə? Çünki Fransa səfirliyində 1 illik viza üçün 2 il növbə gözləyənlərin əsli də kökü də azəridir, türkdür. Leyla Yunus isə həmin vizanı öz doğmalarından, əzizlərindən, öz ermənipərəstlərindən alır. Təbii ki, ortalıqda bir fərq olmalıdır.

- Leyla Yunusun Antalyada villası, Almaniyada evi, banklarda külli miqdarda maliyyə vəsaiti olduğu bildirilir. Sizcə, o bu qədər geniş imkanı nəyin hesabına əldə edib?

- Millət və dövlət marqları ucuz qiymətə satılmır. Və ya əgər bu maraqlar satışa çıxarıldısa, o zaman hərracda da çox gözəl təkliflər gəlir. Leyla Yunus isə mənəviyyatsız adam olsa da bir o qədər ağılsız adam deyil. Odur ki, satış vaxtı gələn təklifləri güman ki rahat-rahat, soyuq başla dəyərləndirməyi bacarıb. Haqqında danışdığınız həmin villalar, külli miqdarda maliyyə vəsaitləri də heç şübhə etməyin ki məlum dəyərləndirmənin nəticəsidir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə