Müşviq Ələsgərli: “Hesabatlarda Azərbaycanın həqiqi reallıqları öz əksini tapmalıdır” AÇIQLAMA
"Çox təəssüf ki, ölkəmizə qarşı dəqiq olmayan indormasiyalar "Freedom House" kimi təşkilatların hesabatlarında yer alır. Ümumiyyətlə, belə qərəzli hesabatlar "Freedom House" təşkilatı tərəfindən birinci dəfə verilmir və bunun da çox ciddi səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin (MŞ İH) üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Freedom House" təşkilatının ölkəmizdə medianın azad olmamasına dair verdiyi hesabatına münasibətini açıqlayarkən deyib.
"Şəxsən mən dəfələrlə bu məsələni qaldırmışam və biz burada yalnız "Freedom House" təşkilatını deyil, həmçinin, Azərbaycanda fəaliyyət göstərən bəzi təşkilatları da qınamalıyıq", - deyə bildirən Müşviq Ələsgərli həmçinin qeyd edib ki, əslində beynləlxalq təşkilatlara düzgün infiormasiyaların çatdırılması üçün yollar axtarmaq lamızdır: "Bilirsiniz, beylənxalq təşkilatlar var ki, dünya üzrə müxtəlif istiqamətlərdə hesabatlar hazırlayıb yayırlar. Amma biz bunu bilməli və həmin təşkilatlarla münasibət qurmalıyıq. Burada lobbiçilik işinin aparılmasına və ölkəmiz haqda düzgün informasiyaların verilməsinə ehtiyac duyulur. Çox təəsüf ki, bu cür beynəlxalq təşkilatların Azərbaycandan informasiya aldıqları mənbələr fərdi maraqlarını güdən, anti-milli təfəkkürlü adamlar olurlar".
Müşviq Ələsgərli "Freedom House" təşkilatının yaydığı növbəti hesabatın qərəzli olduğunu vurğulayıb: "Təbii ki, bu hesabatı qərəzli, dolğun olmayan hesabat kimi qəbul edirik və arzu edirik ki, növbəti hesabatlarda Azərbaycanın həqiqi reallıqları öz əksini tapsın. Bunun üçün də biz sadəcə onları qınamaqla işimizi bitmiş hesab etməməliyik. Biz çalışmalıyıq ki, Azərbaycanda bu cür təşkilatlarla işləməyi bacaran və işləyə bilən təşkilatları inkişaf etdirək ki, onlar da ölkəmiz haqqında real informasiyalar versinlər. Yanlış informasiyalar isə həmin təşkilatlara ötürülərək, onlarda çaşqınlıq yaratmasın".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB