Baş nazirin müavini: “Narkotik vasitələrin məhv edilməsində bəzi nöqsanlara yol verilib”

Baş nazirin müavini: “Narkotik vasitələrin məhv edilməsində bəzi nöqsanlara yol verilib”

"Vaxtilə narkotik vasitələrin məhv edilməsi zamanı bəzi nöqsanlara yol verilib. Belə ki, narkotik vasitələrin məhv edilməsi zamanı narkotiki çıxarıb yerinə başqa tozlar qoyublar". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavininin sözlərinə görə, bəzi yerlərdə bu fakt aşkarlanıb: "Narkotiki çıxarıb yerinə başqa tozlar qoymuşdular. Dəyişdirilən narkotikin həcmi çox olmasa da, faktla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hələ ki, məsələ ilə bağlı istintaq gedir. Ümumiyyətlə, narkomaniya ilə mübarizədə müxtəlif metodlar var. Onun biri də profilaktik yoldur".

Bütün xəbərlər Facebook səhifəmizdə