Oqtay Əsədov: "Həmsədrlərin Dağlıq Qarabağ probleminin kökündən xəbəri yoxdur"
Parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edib. SİA-nın xəbərinə görə, spiker çıxışı zamanı qeyd edib ki, həmsədrlər yeni "mövzu" ortalığa çıxarıb, Dağlıq Qarabağı "tərəf" kimi göstərirlər: "Dağlıq Qarabağ adlı dövlət tanıyan varmı? Həmsədr təklif edir ki, Dağlıq Qarabağ tərəfdaş kimi olsun. Biz bu məsələlərə fikir verməliyik. Məsələ elə qoyulmalıdır ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilsin, bütün qurumlar bu istiqamətdə işləməlidir".
Onun sözlərinə görə, yeni gələn bəzi həmsədrlərin demək olar ki, Dağlıq Qarabağ probleminin kökündən belə xəbəri yoxdur: "İşləri-gücləri "twitter"də məsələlər həll etmək, Ermənistanda olan jurnalistlərlə əlaqələrini göstərmək, tərəflilik nümayiş etdirməkdir. Hətta bu yaxınlarda ABŞ-da erməni diasporu belə bir tədbir keçirməyə hazırlaşırdı: "Bizim hörmətli amerikalı həmsədr həmin tədbirdə iştirak etməli idi. Şükürlər olsun ki, başa düşüb iştirak etmədi. Belə hallara yol vermək olmaz".
Oqtay Əsədov ATƏT-in Minsk qrupunun hesabatının AŞPA-nın Azərbaycanda keçiriləcək 23-cü sessiyasına daxil olunmasını təklif edib: "Hesab edirəm ki, biz buna çalışmalıyıq. Hesabatın sessiyaya daxil edilməsi ölkəmiz üçün çox faydalı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB