Hikmət Babaoğlu: “Leyla Yunus özünü Azərbaycan dövləti, xalqı ilə identifikasiya edə bilmir”
"Müstəqil Azərbaycan dövləti vətəndaşlarımızın təhlükəsizliyini, milli təhlükəsizliyimizi və dövlət təhlükəsizliyimizi qoruyan aparatdır. Ona görə də hər kim cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən asılı olmayaraq Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edəcəksə, həmin şəxs dövlət tərəfindən hüquqi müstəvidə müvafiq prosedurlara uyğun olaraq cəzalandırılacaq". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redkatoru Hikmət Babaoğlu Sülh və Demokratiya İnstitunun (SDİ) rəhbəri Leyla Yunusun və onun əri Arif Yunusun xəyanətkar əməllərinə, eləcə də bir sıra media orqanlarının bu məsələdə ajiotaj yaratmaq cəhdlərinə münasibətini bildirərkən deyib.
"Əgər dövlətin müvafiq orqanları müəyyən etsələr ki, onlar ölkəmiz, milli maraqlarımız əleyhinə hər hansı bir fəaliyyət göstəriblər o zaman mütləq şəkildə qanun qarşısında cavab verəcəklər", - deyə qeyd edən baş redaktor həminin bildirib ki, Leyla Yunus Azərbaycan vətəndaş cəmiyyətinin ayıbıdır: "Mənəviyyat etibarıyla azərbaycanlı mənəviyyatının daşıyıcısı deyil. Sosial varlıq olaraq özünü azərbaycanlı hesab etmir və özünü Azərbaycan dövləti, xalqı ilə identifikasiya edə bilmir. O, bu ölkənin vətəndaşı olsa belə, sosial, eləcə də ictimai cəhətdən bir fərd kimi azərbaycanlı deyil. Bu amilləri onun davranışlarında, fəaliyyətində, jurnalistlərə qarşı etdiyi kobud hərəkətlərində də aydın şəkildə görürük. Hesab edirəm ki, bu məsələdə hüquq mühafizə orqanlarının atdığı addım bir qədər yumşaqdır, hətta bir qədər də gecikib".
Ölkəmizin müstəqil dövlət olduğunu bildirən Hikmət Babaoğlu eyni zamanda bildirdi ki, Azərbaycan heç bir xarici kəşfiyyat orqanının fəaliyyət poliqonu ola bilməz: "Hansı dövlətin, hansı səfirliyin tərəfindən himayə olunmasına baxmayaraq, kim bunu etməyə cəhd göstərirsə mütləq cəzalandırılacaqdır. Dövlətimiz güclüdür, mövqeyimiz bəllidir".
Hikmət Babaoğlu radikal müxalifət mediasına məxsus KİV-lərin, eləcə də müstəqil xəbər saytalarının və qəzetlərinin sözügedən məsələlər ətrafında ajiotaj yaratmalarına münasibətini bildirərkən qeyd edib ki, istənilən mətbuat orqanı bu kimi məsələlərdə eytiyatlı davranmalıdır: "Ümumiyyətlə, bir halda ki, Leyla Yunusun xəyanətdə ittiham olunmasını hüquq mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırılırsa, bunu şişirdilmiş formada cəmiyyətə təqdim etmək ciddi yanlışlıqdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB