Fəzail İbrahimli: “Leyla Yunus kimi adamlardan istifadə etmək Qərbin çoxdankı adətlərindəndir”

Fəzail İbrahimli: “Leyla Yunus kimi adamlardan istifadə etmək Qərbin çoxdankı adətlərindəndir”

"Leyla Yunusun kimliyi, fəaliyyəti və eləcə də onun əhatə dairəsi hər kəsə məlumdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli Sülh və Demokratiya İnstitunun Bakı ofisinin rəhbəri Leyla və Arif Yunusların Fransa və ABŞ səfirliyi nümayəndələrinin yardımı vasitəsilə Azərbaycanın hüdudlarını tərk etmək cəhdlərinə münasibəti bildirərkən deyib.

Deputatın fikrincə, əslində Leyla və Arif Yunusların arxasında daim qaranlıq xarici dairələr mövcud olub və həmin dairələrin məqsədləri ilk növbədə Azərbaycana qarşı istənilən maraqların təmin edilməsi ilə bağlıdır: "Bu insanın arxasında bəzi xarici dövlətlərin dayandığı isə son proseslərdən açıq-aydın göründü. Bu dövlətlərə daxilimizdə gedən məsələlər haqqında məlumat lazımdır ki, bunu da bir növ Leyla Yunusun vasitəsilə öyrənmək istəyirlər. Öz məqsədlərini reallaşdırmaq üçün, məhz Leyla Yunus kimi adamlardan istifadə etmək Qərbin çoxdankı adətləridir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə