Nizami rayonu 25 saylı II Seçki Dairəsindən seçilən Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb. Milli Məclisin deputatı seçicilərini dinləyib, onların problemlərilə maraqlanıb.Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə həll edilib.
Həmçinin, qəbul zamanı B.Nuriyev 21 ünvanında yaşayan sakinlər qəzalı yaşayış binası ilə bağlı millət vəkilini məlumatlandırıblar. Deputat Sədaqət Vəliyeva isə problemin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağını və qeyd edilən məsələnin daim diqqət mərkəzində saxlanılacağını, bu problemin həlli üçün işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyini seçicilərin nəzərinə çatdırıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB