Müsavat Partiyasından Fuad Qəhrəmanlıya daha bir MESAJ

Gülağa Aslanlı: “Bu yalnız siyasi səhnədə olan boşluğu doldurmaq təşəbbüsüdür”
Müsavat Partiyasından Fuad Qəhrəmanlıya daha bir MESAJ

"Düşünürəm ki, Fuad Qəhrəmanlı hansısa boşluğu doldurmaq üçün bu kimi fikirlər səsləndirir. Əslində real müxalifətin kim olduğunu, harada olduğunu həm cəmiyyət, həm də siyasi partiyalar yaxşı bilir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yenidən Milli Şurada təmsil olunmayan partiyaların real müxalifətə aidiyyatı olmaması iddialarına münasibətini bildirərkən deyib.

Müsavat rəsmisinin fikrincə, AXCP tərəfinin bu kimi açıqlamalarla çıxış etməsi gündəmdə görünməyə cəhd kimi başa düşülməlidir: " Bu yalnız siyasi səhnədə olan boşluğu doldurmaq təşəbbüsündən başqa bir şey deyil".

Xatırladaq ki, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı da ötən gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözügedən iddiasına cavab olaraq bizə açıqlamasında bildirmişdi ki, müxalifətə lisenziyanı nə Milli Şura, nə də AXCP verir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə