Niyaməddin Orduxanlı: “Leyla Yunusun saxlanılmasından narahat olanlar var”

Niyaməddin Orduxanlı: “Leyla Yunusun saxlanılmasından narahat olanlar var”

"Leyla Yunusla Arif Yunusun istintaq getdiyi ərəfədə ölkəni tərk etməyə çalışmaları təsadüfi deyil". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP sədri Niyaməddin Orduxanlı SDİ rəhbəri Leyla Yunusun arif Yunusla ölkəni tərk etmək cəhdlərinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, kimin istintaqa cəlb edilməsindən asılı olmayaraq, dağıdıcı müxalifətin səs-küy qaldırması artıq ənənə halını alıb: "Özlərini beynəlxalq təşkilatların yanında yaxşı göstərmək üçün bu cür addımlar atırlar. Rauf Mirqıdirovun vətənə xəyanət ittihamı ilə həbs edilməsindən çoxları narahatlıqlarını gizlədə bilmirdi. Leyla Yunusla Arif Yunusun istintaq getdiyi ərəfədə ölkəni tərk etməyə çalışmaları təsadüfi hesab edilə bilməz. Bu adamların fəaliyyətini istintaq araşdıracaq. İstintaqın sonunu gözləmək lazımdır. Əgər hüquq mühafizə orqanları onların saxlanması ilə bağlı qərar veriblərsə, deməli əllərində kifayət qədər dəlil var. Hay-küy salanlar fikirləşsinlər ki, Leyla və Arif Yunus kimdir?! Bu adamların daima erməni milli maraqlarından çıxış etməsi heç kimə sirr deyill. Leyla Yunusun ifşa olunması müəmmalı məsələlərə aydınlıq gətirəcək".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə