Mixeil Saakaşvili: "Rusiya bununla Krımda separatizmi leqallaşdırır"

Mixeil Saakaşvili: "Rusiya bununla Krımda separatizmi leqallaşdırır"

"Rusiya bununla Krımda separatizmi leqallaşdırır. Biz özümüz də bununla üzləşmişik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya-Gürcüstan münasibətlərindən və Ukraynada baş verən proseslərdən danışarkən deyib.

"Gürcüstanın Cavaxetiya şəhərində baş verənlər Rusiyanın bilavasitə iştirakı ilə olur. Cavaxetiyada dəmir yolu mövcuddur. Rusiya bu dəmiryolunu öz nəzarətinə keçirməyə çalışır. Rusiyanın separatizm siyasəti nəticəsində Cavaxetiyadakı dəmiryolu blokada vəziyyətinə düşəcək. Bu isə Azərbaycanın və Gürcüstanın Avropaya çıxışını bağlayacaq. Rusiyanın əsas məqsədi də budur" -deyə, sabiq prezident sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə