Novruz Məmmədov: "Bu gün Türkiyə-Azərbaycan əlaqələri təqdir olunur"

Novruz Məmmədov: "Bu gün Türkiyə-Azərbaycan əlaqələri təqdir olunur"

"Biz bir daha şahidi olduq ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsi nə yerdədir. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev dostluqda, qardaşlıqda, tərəfdaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən deyib.

"Düşünürəm ki, bu, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə göstəricisidir və bundan sonra da Azərbaycan və Türkiyə məhz bu cür ruhda öz tərəfdaşlıqlarını, qardaşlıqlarını, əməkdalıqlarını davam etdirəcəklər. Bununla bağlı geniş şərhə ehtiyac yoxdur. Çünki son bir neçə gün ərzində bütün türk dünyası bununla bağlı mövqe bildirdi, iki qardaş ölkə arasında münasibətləri təqdir etdi. ", - deyə N.Məmmədov bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarksiyanın Türkiyənin əleyhinə söylədiklərinə qarşılıq olaraq ona tutarlı cavab vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə