PA rəsmisi: "Ramil Səfərovun təhlükəsizliyi Azərbaycan tərəfindən qorunur"

PA rəsmisi: "Ramil Səfərovun təhlükəsizliyi Azərbaycan tərəfindən qorunur"

"Əslində belə bir informasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığı haqqında məlumatım olmadığı üçün, ona münasibət bildirməyə ehtiyac yoxdur". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

"Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı götürüb mətbuat aləminə buraxırlar. Bizim də onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycanın vətəndaşıdır. Azərbaycan tərəfindən onun bütün təhlükəsizliyi qorunur. Düşünürəm ki, ona heç bir təhlükə yoxdur" -deyə, N. Məmmədov fikrini tamamlayıb.

Qeyd edək ki, bir müddət öncə erməni mətbuatında Ramil Səfərovun həyatına təhdidlər barəsində məlumat dərc olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə