Araz Əzimov: “Xalq diplomatiyası öz-özünə həlledici rol oynaya bilməz”

Araz Əzimov: “Xalq diplomatiyası öz-özünə həlledici rol oynaya bilməz”

"Xalq diplomatiyası öz-özünə həlledici rol oynaya bilməz, nəticədə Ermənistan rəhbərliyindən çox şey asılıdır". SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan ölçü götürməli, ciddi qərarların qəbul edilməsinə hazır olduğunu bildirməlidir: "Xalq diplomatiyası populyar bir termindir. Bu diplomatiyanın tərkibində müxtəlif metodlar və mexanizmlər var. İnformasiya mühitinin inkişafı ilə xalq diplomatiyasının yeni imkanları əmələ gəlir. Çox təəssüf ki, Ermənistanda Qarabağ problemi ilə bağlı plüralizm müşahidə olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə