Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş əsnasında ölkələr arasında əlaqələrin mövcud inkişaf səviyyəsinə münasibətdə məmnunluq ifadə olunub.
Siyasi, iqtisadi, ticarət və sərmayələr sahəsində ikitərəfli əlaqələrin inkişafı etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB