Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.
SİA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilinə verdiyi dəstəyə görə İ.Serageldinə təşəkkürünü bildirib.
Forumun artıq beynəlxalq təsisata çevrilməkdə olduğunu vurğulayan prezident İlham Əliyev tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirən İ.Serageldin Forumun qısa vaxt ərzində dünyada tanınmasının önəmini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB