"Cəmil Həsənli nə fantaziya uydurur özü bilər, onun mənə heç bir aidiyyatı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Elçin Behbudov Milli Şuranın sədri Cəmil Həsənlinin yalan məlumat yayması ittihamına münasibətini bildirərkən deyib. Elçin Behbudov bildirib ki, Rauf Mirqədirov həqiqətən də Ermənistanda keçirilən görüşlərdə tək iştirak etmədiyini, Leyla və Arif Yunusların da orada olduqlarını təsdiq edib: "Təcridxanada Rauf Mirqədirovla görüşə öz müavinim Elçin Şirinovla birlikdə getmişəm. Elçin Şirinov da orada olan danışıqları təsdiq edə bilər. Rauf Mirqədirov bildirdi ki, Leyla Yunusun layihələrini icra edib. Leyla Yunus və Arif Yunus onunla birgə Ermənistanda olub. Mən sadəcə Mirqədirovun dediklərini ictimaiyyətə çatdırmışam. Mirqədirovun fikirlərinin mənim tərəfimdən yanlış çatdırıldığını söyləyənlər savadsız adamlardır".
Hüquq müdafiəçisi Milli Şura sədrini ittiham edərək bildirib ki, köməkçisi ilə Rauf Mirqədirovun yanında olanda Cəmil Həsənli orada olmayıb: "Ona görə də Cəmil Həsənlinin bu kimi iddialarla çıxış etməsi başadüşülən deyil. Maraqlıdır, Cəmil Həsənli məgər bizi güdürdü? Yaxud, bizim yanımızda olub, xəbərimiz yoxdur? Onun söylədikləri cəfəngiyyatdır".
Elçin Behbudov bu günə qədər fəaliyyətində heç bir qərəzə yol vermədiyini vurğulayıb və əlavə edib ki, onun heç Leyla Yunusdan da asılacağı olmayıb: "Hər zaman doğru olanı söyləmişəm. Mənim heç kmilə qərəzim yoxdur. Digər hüquq müdafiəçiləri kimi, Leyla Yunus da mənim həmkarımdır. Buna baxmayaraq, mənim ondan heç bir asılacağım yoxdur və çəkinmirəm. Rauf Mirqədirovun vəkili Fuad Ağayev də mətbuata açıqlamasında bildirdi ki, Mirqədirov Leyla Yunusun həyata keçirdiyi layihənin xətti ilə Ermənistanda olub və Laura Bağdasaryanla birgə bəyanat yayıb. Bu faktın özü sübut edir ki, onlar müəmmalı erməni qurumları ilə iş birliyində olublar".
E.Behbudov "xalq diplomatiyası" adı altında Ermənistana səfər edənlərə də iradını bildirib: "Mən də hüquq müdafiəçisiyəm, ancaq heç vaxt "xalq diplomatiyası" adı altında düşmən torpağına ayaq basmamışam, heç vaxt ora getməmişəm, getmərəm də! Bəlkə Cəmil Həsənli oraya gedib, bunu yəqin özü yaxşı bilər, amma mən əsla, xalqımızın qanına bais olan, torpalarımızı bu gün də işğal altında saxlayan mənfur düşmənlərlə "xalq diplomatiyası" çərçivəsində görüşə getmərəm".
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, ermənilər bizim xalqın tarixi düşmənləridir: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız hökümət nümayəndələri səviyyəsində olan məsələdir. Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT rəhbərləri Ermənistana səfər etmək istəyirlərsə, dövlətin mütləq bundan xəbəri olmalıdır. Yəni, onlar bu barədə dövləti məlumatlandırmalıdırlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB