A. Coşqun: “Preziden İlham Əliyevin Praqada çıxışı iki dövlət arasında olan münasibətlərin hansı səviyyədə olduğunu göstərdi”

A. Coşqun: “Preziden İlham Əliyevin Praqada çıxışı iki dövlət arasında olan münasibətlərin hansı səviyyədə olduğunu göstərdi”

"Azərbaycan Prezidenti İlham Əliyevin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstərdi". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumundan sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

Prezident İlham Əliyevin Praqada "Şərq tərəfdaşlığı" Sammitində Türkiyəyə görə, Ermənistan prezidenti Sarkisyana verdiyi cavaba görə təşəkkürünü bildirən İsmayıl Alper Coşqun vurğulayıb ki, dünyada Azərbaycana və ya Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı türk tarixi ilə bağlı haqsızlıq olduqda, buna qarşı mübarizəni Azərbaycan və Türkiyə tək başına deyil, bir yerdə aparacaqlar: "Türkiyə bundan sonra Azərbaycanla bir yerdə fəaliyyət göstərəcək".

II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkəmizdə keçirilməsinə gəlincə, səfir əlavə edib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi onun günü-gündən artan beynəlxalq nüfuza malik olmasını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə