Mirkazım Kazımov: “Prezidentin güc amili haqqında irəli sürdüyü fikirləri özündə çox mühüm və əhəmiyyətli məqamları ehtiva edir”
"Cənab prezidentin söylədiyi bütün fikirlər təbii ki, hər zaman Azərbaycan dövlətinin milli maraqlarına xidmət edib. Azərbaycanın həm daxili, həm xarici siyasətinin uğurla aparılması nəticəsində bu gün ölkəmiz nəinki regionda, hətta dünyada, beynəlxalq aləmdə söz sahibinə çevrilib". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Prezident İlham Əliyevin Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında gücün beynəlxalq müstəvidə əsas yer tutması ilə bağlı söylədiyi fikirlərinə münasibət bildirərkən dedi.
Millət vəkili qeyd etdi ki, güc amili dedikdə yalnız hərbi güc deyil, eyni zamanda iqtisadi, sosial və digər bu kimi faktorlar nəzərdə tutulur: "Azərbaycan sürətlə inkişaf edən güclü iqtisadiyyata malikdir. Bu baxımdan, prezident İlham Əliyev cənablarının güc amili haqqında irəli sürdüyü fikirləri özündə çox mühüm və əhəmiyyətli məqamı ehtiva edir . Ölkəmizin davamlı iqtisadi inkişafında qəbul edilmiş Dövlət Proqramlarının uğurla həyata keçirilməsinin rolu böyükdür. Məhz bu rol əlbəttə ki, Azərbaycanın daha güclü olmasına kifayət qədər şərait yaradır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB