Türk mətbuatı İlham Əliyevin Sarkisyana verdiyi cavabdan yazdı FOTOLAR

Türk mətbuatı İlham Əliyevin Sarkisyana verdiyi cavabdan yazdı FOTOLAR

Prezident İlham Əliyevin Praqada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Türkiyəyə görə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab türkiyə mətbuatında da geniş dərc olunub. SİA-nın məlumatına görə, dövlət başçımızın bu addımı qonşu ölkənin mətbuatında əsas xəbərlərdən birinə çevrilib. Görünür Azərbaycan Prezidentinin Sarkisyana cavabı qonşu ölkənin də ürəyincə olub.

Ölkə başçısının səsləndirdiyi fikirlər "Sabah", "Milliyət", "Radikal", "Yeni Şafak", "Zaman", "Vatan" qəzetlərində və bir neçə agentliklərdə əsas başlıqda yer alıb.

Yazılar "İlham Əliyevdən Sarkisyana sillə kimi cavab", "Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev cavabını verdi" kimi və digər başlıqlarla əsas səhifədə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə