Abşeronda Ulu Öndərə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Abşeronda Ulu Öndərə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının rayon İcra hakimiyyəti ilə birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayonun tanınmış simaları, əmək veteranları, gənclər iştirak ediblər.

Toplantıda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev vurğulayıb ki, Ulu Öndər müasir Azərbaycan dövlətinin memarıdır. Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan sosial-iqtisadi inkişaf sürətinə görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib: "Müstəqilliyimizin qorunub saxlanılması məhz Onun – dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Söz yox ki, bu gün müstəqil Azərbaycanın inkişafı məhz Ulu Öndər Heydər Əliyevin kursu ilə müəyyənləşdirlimiş uğurlu siyasət amili ilə bağlıdır. Bu gün bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev öz qətiyyəti, müdrikliyi ilə davam etdirir".

Elmi-praktiki konfransda çıxış edən məruzəçilər – rayon ağsaqqallar şurasının sədri Nadir Ağayev, rayon qadınlar şurasının sədri Təyyubə Hüseynova, eləcə də Novxanı qəsəbəsi 1 saylı məktəbin tarix müəlliməsi Məsumə İsayeva da qeyd ediblər ki, bu gün ölkənin inkişafı və tərəqqisi məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixi missiyası sayəsində mümkün olub. Bu gün bu müqəddəs missiya xalqımızın möhtərəm Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova da öz növbəsində vurğulayıb ki müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətləri vardır: "Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafımızın dönüş nöqtəsi hesab olunan "Əsrin müqaviləsi" imzalanmışdır, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin fəal iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə