Elman Məmmədov: "Prezident İlham Əliyev kimin-kim olduğunu Sarkisyanın nəzərinə çatdırdı" MÜNASİBƏT
"Cənab Prezident İlham Əliyevin Sarkisyanı yerində oturtması bir daha bütün Avropaya, dünyaya bəyan etdi ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir və bu iki dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Praqada keçirilən "Şərq Tərəfdaşlığı" sammitindəki çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirən Ermənistan prezidenti Serj Sarkisyana cavab verməsinə münasibətini açıqlayarkən dedi.
Millət vəkili qeyd etdi ki, Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı onun cılızlığını, səviyyəsizliyini bir daha sübuta yetirib: "Çünki Sarkisyan beynəlxalq tədbirdə iştirak etməyən bir dövlətin arxasınca danışıb. Məhz bu baxımdan, cənab Prezident də onun cavabını verdi. Ümumiyyətlə, son iki gündə Sarkisyanın, ermənilərin İrəvandakı hərəkətləri Türk dünyasına bir daha sübut edir ki, onlar azğın, tərbiyəsiz, mərifətsiz bir düşməndir, toplumdur, etnosdur. Məhz bu baxımdan, ermənilərə heç bir məsələdə güzəştə getmək olmaz".
Elman Məmmədov həmçinin vurğuladı ki, ermənilər öz iyrənc niyyətlərini reallaşdırmaqdan ötrü daim insanlıq amilini arxa plana atırlar: "Onlar bununla dünyaya bəyan etdilər ki, öz iyrənc niyyətlərini həyata keçirmək üçün insanlıq amilini nəzərə alan tərəf deyillər. Onlar nə soyqırımı iddiasından, nə Türkiyəyə qarşı ərazi iddiasından geri çəkilmək niyyətində deyillər. Ona görə də başda Sarkisyan olmaqla, onların cavabı verilməsə, burunları əzilməsə, yerində otuzdurulmasa, ermənilər heç Azərbaycan torpaqlarını da işğaldan azad etmək fikrində olmazlar. Bu baxımdan, cənab Prezident İlham Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək, kimin-kim olduğunu Sarkisyanın nəzərinə çatdırdı".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB