“Bu səfər Azərbaycan-Aİ arasındakı ikitərəfli münasibətləri yüksək səviyyəyə çatdıracaq”

“Bu səfər Azərbaycan-Aİ arasındakı ikitərəfli münasibətləri yüksək səviyyəyə çatdıracaq”

"Avropa İttifaqının (Aİ) mütərəqqi layihələrindən biri də "Şərq tərəfdaşlığı" Proqramıdır ki, bu proqram Ukrayna, Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanın Avropa İttifaqına inteqrasiyasını gücləndirəcək, Avropa mədəniyyətini, elmini, dəyərlərini bu ölkələrdə yayacaq. Eyni zamanda bu ölkələrlə Aİ arasındakı ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldıracaq". Bunu SİA-ya Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasına səfərinin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, burada Polşa, Moldova, Çexiya və Gürcüstan prezidentləri ilə görüşərək ikitərəfli maraq kəsb edən məsələləri müzakirə etməsi, Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirən addımlardan biridir: "Eyni zamanda səfər çərçivəsində baş tutan görüşlər bu ölkələrlə münasibətlərimizi daha da yaxınlaşdıracaq və yüksək səviyyə qaldıracaq. Azərbaycan Prezidenti Çexiya prezidenti ilə görüşündə ölkələrimiz arasında elmi, mədəni, təhsil, səhiyyə, energetika, sənaye və digər sahələrdə əlaqələrimizin daha da genişlənməsini, ölkələrimizin bir-birinə dost ölkə kimi daha da sıx münasibətlər qurumasının vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa, Moldova, Gürcüstan prezidentləri arasında keçirilən görüşlərdə də ölkələrimiz arasındakı əlaqələrin daha da sıxlaşdırılması, səmimi dost münasibətlərin gücləndirilməsi istiqamətində danışıqlar olub. Bu ölkələrin Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlı olmalarının əsas səbəblərindən biri də dövlətimizin beynəlxalq imicinin artması, dünya ölkələrinin Azərbaycan xüsusi münasibət bəsləməsidir".

Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasına səfərindən öncə bu ölkənin parlamentinin nümayəndə heyətinin Azərbaycanda olduğunu xatırladan M.Quliyev deyib ki, ölkələrin parlamentlərarası dostluq qruplarının üzvləri birlikdə bir sıra görüşlər keçirərək bəzi məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə