Oman Sultanlığındakı səfirimiz etimadnaməsini təqdim edib FOTO

Oman Sultanlığındakı səfirimiz etimadnaməsini təqdim edib FOTO

Bu ilin aprelin 20-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsini Oman Sultanı Qabus bin Səyidə təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə səfir Rasim Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Oman Sultanı Qabus bin Səyidə çatdırıb və Oman xalqına tərəqqi və çiçəklənmə arzu edib.

Səfir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Oman Sultanı Qabus bin Səyid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ən səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edib və iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulayıb.

Sultan Qabus bin Səyid səfir Rasim Rzayevə diplomatik fəaliyyətində uğurlar arzulayıb və onun diplomatik fəaliyyəti dövründə Azərbaycan və Oman arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Rasim Rzayev öz fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə