Elman Abdullayev: “Qondarma “erməni soyqırımı” erməni lobbisi tərəfindən çox şişirdilib" AÇIQLAMA

Bəşəriyyət bu məsələləri müzakirə etməli və qiymət verməlidir”
Elman Abdullayev: “Qondarma “erməni soyqırımı” erməni lobbisi tərəfindən çox şişirdilib" AÇIQLAMA

"İlk növbədə mən qondarma "erməni soyqırımı"na azərbaycanlı diplomat və Xarici İşlər Nazirliyinin nümayəndəsi olaraq fərqli prizmadan yanaşıram". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ermənilərin qondarma "erməni soyqırımı"na münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, hələ 1992-ci ildə dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan xalqına qarşı böyük soyqırımı və cinayət hadisəsi həyata keçirilib: "Məlumdur ki, bu cinayət erməni hərbiçiləri tərəfindən reallaşdırılıb. Hazırda həmin hərbiçilər Ermənistan hakimiyyətində ən yüksək pillələrdə təmsil olunurlar. Bu gün soyqırımla üzləşmiş bir xalqın Xocalı faciəsini tam mənada beynəlxalq ictimaiyyətin gündəmdə olmasını görməyə haqqı var. Xocalı soyqırımı ən yeni tarixdə bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən biridir. Bu gün bəşəriyyət bu kimi məsələləri müzakirə etməli və qiymət verməlidir.

Qondarma "erməni soyqırımı" erməni lobbisi tərəfindən şişirdilib və siyasiləşdirilərək beynəlxalq səviyyədə və s. istifadə olunmaqdadır. Bu gün "erməni soyqırımı" məsələsi erməni lobbisinin siyasi gündəliyinin özəyini və əsasını təşkil edən məsələdir. Çünki bu məsələ olmadan erməni lobbisinin mövcudluğunun hər hansısa bir əsası qalmır. Digər tərəfdən daha önəmli məqam ondan ibarətdir ki, "erməni soyqırımı" məsələsi erməni lobbisinə böyük maliyyə vəsaiti gətirir. Erməni lobbisinin fəalları, rəhbərləri müxtəlif ölkələrdə kampaniyalar keçirərək milyonlar qazanır. Beləcə, həmin milyonlar vasitəsilə onlar özlərini və müxtəlif dairələri zəngiləşdirirlər. Eləcə də bu vəsaitlə onlar müxtəlif siyasətçiləri ələ almağa və yaxud təzyiq göstərməyə çalışırlar. Bir sözlə, qondarma "erməni soyqırımı" məsələsi erməni lobbisinə pul qazandırır.

Uzun müşahidələrimin nəticəsi olaraq onu qeyd etmək istərdim ki, bu vəsaitlərin heç 5 faizi belə Ermənistana verilmir. Təbii ki, işğalçı ölkəyə verilən məbləğ ilk növbədə Ermənistan rəhbərliyi tərəfindən mənimsənilir. Bu süni şəkildə qurulmuş bir mexanizmdir. Həmin bu mexanizm üzərindən isə böyük gəlirlər əldə olunur. Bu gəlirlərin hesabına ermənilərin Qərbdə, xüsusilə ABŞ-da, Latın Amerikası ölkələrində, Avropada bir sıra təşkilatları maliyyələşdirilir və onların fəaliyyəti təmin olunur. "Erməni soyqırımı"nı sözün əsl mənasında biznesə çeviriblər. Təbii ki, onlar bu biznes üzərindən də siyasət həyata keçirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə