Aydın Quliyev: “Leyla Yunusun da fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır” AÇIQLAMA

Aydın Quliyev: “Leyla Yunusun da fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır” AÇIQLAMA

"Hesab edirəm ki, Rauf Mirqədirovun istintaq müddətində dediyi fikirləri araşdırılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redkatoru Aydın Quliyev Rauf Mirqədirovun Ermənistana etdiyi səfərlərində və keçirdiyi görüşlərdə tək olmadığı fikirlərinə münasibət bildirərkən deyib.

"Artıq məlumdur ki, Rauf Mirqədirov Leyla Yunusun təşkilatı ilə "xalq diplomatiyası" adı altında Ermənistanda görüşlər keçirib, həmin layihələrin həyata keçirilməsində iştirakçı olub", - deyə vurğulayan Aydın Quliyev onu da bildirib ki, bu baxımdan, nəninki Rauf Mirqədirovun, eyni zamanda Leyla Yunusun da fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır: "Əgər həqiqətən də bu insanların erməni kəşfiyyat orqanları ilə əlaqələri varsa, Azərbaycanın milli-dövlətçilik maraqlarına qarşı təhdidedici faktlar mövcuddursa, bunlar qanun çərçivəsində öz cavablarını almalıdırlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə