Şahin Camalov: "Müxalifətin bu məsələni siyasiləşdirməyə calışması, yolverilməzdir"

Şahin Camalov: "Müxalifətin bu məsələni siyasiləşdirməyə calışması, yolverilməzdir"

"Müxalifətçilərin bu kimi məsələni siyasiləşdirməyə və özlərinin maraqlarını uyğun yönəltməyə çalışması yersizdir". Bu fikirləri SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov radikal müxalifət düşərgəsinə məxsus mətbu orqanların Rauf Mirqədirovun həbsinin siyasiləşdirməsi cəhdlərinə münasibətini bildirərkən deyib.

Fond sədrinin fikrincə, bunun da arxasında həmin şəxslərin cəzasız qalmasına imkan yaratmaq ambisiyası dayanıb: "Bir sözlə, onların bu hərəkətləri yolverilməzdir. Çünki ilk öncə R.Mirqədirov istintaq altında olan şəxsdir və o istintaqa cəlb olunub. Təbii ki, R.Mirqədirovla bağlı istintaq yekunlaşandan sonra qərar vermək olar ki, bu siyasi məsələdir, ya yox! Ancaq indiki məqamda R.Mirqədirovun həbsi real faktlara əsaslanır. Bu baxımdan müxalifətin bu məsələni siyasiləşdirməyə calışması, yolverilməzdir".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə