ABŞ səfirindən Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması məsələsinə MÜNASİBƏT

ABŞ səfirindən Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması məsələsinə MÜNASİBƏT

"2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələri Əfqanıstandan çıxarılandan sonra bu ölkənin inkişafı üçün görüləcək işlər hələ çoxdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar belə deyib.

Səfirin sözlərinə görə, cari ildə beynəlxalq təhlükəsizlik qüvvələri çıxarıldıqdan sonra Əfqanıstanın inkişafına dəstək verəcəyi barədə Azərbaycan hökumətinin öz üzərinə öhdəlik götürməsini ABŞ yüksək qiymətləndirir: "Növbəti illərdə Əfqanıstanın inkişafı istiqamətində bir çox işlər görülməli addımlar atılmalıdır. Azərbaycanın Əfqanıstandakı təhlükəsizlik qüvvələrinin fəaliyyətinə, eyni zamanda Əfqanıstana göstərdiyi ərzaq və digər zəruri ləvazimatların daşınmasında nəqliyyatın daha rahat hərəkət etməsi ümün göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə