ABŞ səfiri: "Ümidvarıq ki, prezidentlər yenidən görüşəcək"

ABŞ səfiri: "Ümidvarıq ki, prezidentlər yenidən görüşəcək"

"ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox fəalıq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam edir: "Hesab edirik ki, hər iki ölkənin prezidenti münaqişənin həll edilməsi üçün konkret addımlar atmaq barədə mazakirələr aparmaq məqsədilə müntəzəm şəkildə görüşməlidir. Ümidvarıq ki, prezidentlər yenidən görüşəcək. Bu həm rəsmi, həm də qeyri-rəsmi formada ola bilər".

Səfir ABŞ dövlət katibinin Azərbaycana səfər etməsi məsələsinə də aydınlıq gətirib: "ABŞ dövlət katibi Con Kerri Azərbaycana gəlməkdə maraqlıdır. Lakin hələ ki, bu səfərin tarixi məlum deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə