Lavrov: "Rusiya Xəzər problemləri üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır"

Lavrov: "Rusiya Xəzər problemləri üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır"

"2010-cu ildə Bakıda keçirilən III Xəzər sammiti zamanı dövlət başçıları Xəzərin hüquqi statusunun müəyyənləşməsi sahəsində bir sıra konkret vəzifələr müəyyənləşdiriblər. Bu vəzifələr akvatoriyanın delimitasiyasının perimetrlərinin işlənib hazırlanmasını, Xəzərdə təhlükəsizliyə dair sazişin həyata keçirilməsinə başlanmasını, nərəkimilərin ovlanmasına moratorium qoyulması üçün mexanizmin hazırlanmasını və müvafiq komissiyanın statusunun yüksəldilməsini nəzərdə tutur". SİA-nın rus mətbuatına itinadən verdiyi xəbərə görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskvada keçirilən toplantısında deyib.

Onun sözlərinə görə, Rusiya Xəzər problemlərinin müzakirəsi üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır: "Nazirlərin görüşündə bu tövsiyələrin həyata keçirilməsinin gedişi müzakirə olunacaq və əsas istiqamətlər müəyyənləşəcək. Aydın olan budur ki, hamıya aid olan ümumi Transxəzər gündəmi qarşılıqlı fəaliyyət mexanizminin möhkəmlənməsini və mümkündürsə, aparılan işlərin effektivliyini yüksəltmək məqsədilə danışıqlar üçün yeni müstəvilərin yaradılmasını diktə edir".

Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin xarici işləri nazirlərinin konfransı keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə