Mirkazım Kazımov: “Leyla Yunus üzərinə düşən və ya düşməyən məsələlərdə ölkəmizin haqqında ağzına gələni danışır” MÜNASİBƏT
"Azərbaycan dövlətinin bütün sahələrdə apardığı düzgün islahatlar nəticəsində inkişaf etdiyi bir zamanda kimlərinsə ölkəmizdə demokratiyanın olmadığı haqda sərsəm fikirləri dilinə gətirməsi həmin insanın kimliyini şübhə altına alır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Leyla Yunusun Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yaymasına və həmin bəyanatında Ermənistanda vətəndaş cəmiyyətinin daha demokratik olması iddiasına münasibətini açıqlayarkən deyib.
Millət vəkili qeyd edib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək qədər öndə olan Azərbaycanda demokratiyanın olmamasından şikayət edən dövlətinə qarşı xəyanətkar mövqeyini sərgiləmiş olur:"Vətəndaş cəmiyyəti bu günə kimi əldə etdiyi uğurları daha da möhkəmləndirir və ictimai həyatda dövlət və özəl sektorla yanaşı, bütövlükdə cəmiyyətin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirir. Bütün bunları nəzərə almayan Leyla Yunus üzərinə düşən və ya düşməyən məsələlərdə ölkəmiz haqqında ağzına gələni danışır. Bu isə yolverilməzdir".
Mirkazım Kazımov onu da vurğulayıb ki, Leyla Yunus yəqin Ermənistanın vəziyyətindən, əhalisinin nə qədər acınacaqlı bir durumda olduğundan xəbərsizdir: "İşğalçı dövləti demokratiya baxımından Azərbaycandan üstün tutanın nə siyasi savadı, nə də qabiliyyəti yoxdur. Bu adam terrorçuları siyasi məhbus elan edir, bu adam terrorçu Ermənistanı demokratik ölkə kimi görürsə, bundan təəccüb etməyə də dəyməz. Çünki bir halda ki, o, vətəndaş cəmiyyəti quruculuğu adı altında Ermənistanı daha münbit yer kimi görürsə, onda o nəyə görə Azərbaycanda yaşayır? Getsin Serj Sarkisyanın ağuşunda "demokratiya" dərsi öyrənsin".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB