Təhmasib Novruzov: “Leyla Yunus haqqında hüquq mühafizə orqanlarına müraciət etmişəm”
"Leyla Yunusun üzvü olduğu ailənin milli tərkibinə nəzər salsaq erməni təəssübkeşliyinin nədən qaynaqlandığını aydın görərik. Onun qaynanasının erməni olduğu danılmaz faktdır". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Leyla Yunusun Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yaymasına, həmin bəyanatında Ermənistanda vətəndaş cəmiyyətinin daha demokratik olması iddiasına münasibətini bildirərkən deyib.
Təhmasib Novruzov qeyd edib ki, hər bir insanda milli təsübkeşlik milli mənəvi dəyərlərə hörmətdən başlayır: "1988-ci ildə Milli Azadlıq Təşkilatına müxtəlif əllər vasitəsilə məqsədli şəkildə soxulan fiqurlardan biri də Leyla Yunus idi və o zamandan onu tanıyıram. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət illərində dəfələrlə onu tribunadan düşürdülər. Çünki o qətiyyən doğma dilində danışa bilmirdi. Öz dilinə hörmət etməyən birindən bu cür açıqlamalar gözləniləndir. Dilini bilməyən insanın mənəviyatdan, milli dəyərlərdən danışmağa haqqı yoxdur. Bu adam azərbaycançılıq məfkurəsindən tamamilə uzaqdır".
"Leyla Yunus haqqında hüquq mühafizə orqanlarına müraciət etmişəm"-deyə qeyd edən Azadlıq Hərəkatçıları Birliyinin sədri eyni zamanda onu da vurğulayıb ki, Leyla Yunusun dövlətçiliyimizə zidd fəaliyyəti tezliklə qanun çərçivəsində öz həllini tapmalıdır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB