Edvard Nalbandyan Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Edvard Nalbandyan Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüş zamanı Ermənistan və Rusiya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Münaqişənin yalnız sülh yolu və ATƏT-in Minsk qrupunun səyləri ilə nizamlanmasının vacibliyi vurğulanıb.

Hər iki nazir beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə