İraqın şimalındakı regional rəhbərliyin baş naziri Neçirvan Bərzani mərkəzi Bağdad rəhbərliyinə xәbәrdarlıq edib. SİA-nın məlumatına görə, baş nazirin xəbərdarlığında deyilir: "Bağdatla aramızda neft ixracatı və büdcə ilә әlaqәdar yaranan problemlәrin hәlli üçün bu günə qədər çox səbr etdik. Ancaq bu dözümün dә bir sərhədinin olduğunu hər kəs dәrk etmәlidir".
Mərkəzi Bağdad hökuməti ilə razılaşmaq istәdiklәrini, ancaq qarşı tərəfin buna yanaşmadığını ifadə edən Bərzani, yeganә istәklәrinin nefti Konstitusiya çərçivəsində ixrac etmәk olduğunu, ancaq mərkəzi Bağdad rəhbərliyinin bu günədәk problemin hәlli uğrunda addım atmadığını bildirib. O, mövzu ilә bağlı danışıqlardan nәticә hasil olmayacağı təqdirdə lazımlı addımları atacaqlarını vurğulayıb.
Ötәn hәftә Türkiyәdә vacib danışıqlar apardığını xatırladan baş nazir Bәrzani Ankaraya sәfәri çәrçivәsindә Türkiyə heyəti ilə birgə enerji mövzusunun tәhlil edildiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB