Prezident seçkisi üçün namizədlərin müraciəti sona çatıb

Prezident seçkisi üçün namizədlərin müraciəti sona çatıb

Misirdə 26-27 may tarixlərində keçirilməsi planlaşdırılan prezident seçkisi üçün namizədlərin müraciəti sona çatıb. SİA-nın məlumatına görə, seçkidә namizәd ola bilmәk üçün Müdafiə Nazirliyi vəzifəsindən istefa verən Marşal Abdulfəttah əs-Sisi ilə Xalq Hәrәkәti Platformasının başçısı Həmdi Sabbahi yarışacaq.

Yüksək seçki şurası 10 gün әrzindә namizədlərin sənədlərini araşdıracaq və etirazların olması halında onlarla bağlı lazımlı addımları atacaq. Mayın әvvәlindә şuranın son siyahını elan etmәsindәn sonra 20 gün ərzində davam edәcәk seçki kampaniyaları başlayacaq.

Namizədlikdən imtina edәcәk şәxs 9 may tarixinədək qәrarını dövlətə mәxsus "Әhram" və "Әxbar" qəzetlərindәn ictimaiyyәtә çatdırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə