Kipr probleminin həllinә dair müzakirələr davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Əroğlu BMT baş katibi Pan Gi Munla müzkirələr aparmaq üçün ABŞ-a səfər edib.
Bu gün sәhәr ABŞ-a yola düşәn Dәrviş Әroğlu Türkiyә vaxtı ilә saat 22.30-da BMT baş katibi Pan Gi Mun ilə bir araya gәlәcәk.
Danışıqlar zamanı iki aydır davam edən müzakirə prosesi qiymәtlәndirilәcәk.
Әroğlu Türk tərəfinin problemin hәllinә dair tәkliflәrini vә müşahidәlәrini və Yunan tərəfinin danışıqların irәlilәmәsinә maneә törәtdiyini baş katibә çatdıracaq.
Prezident Әroğlu ABŞ-a sәfәri çәrçivәsindә Türkiyənin BMT yanında daimi nümayəndəsi səfir Halit Çevik ilə də bir araya gәlәcәk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB