Rusiya prezidenti Vladimir Putin ölkәsi ilә Qərb dövlətləri arasındakı əlaqələrin normallaşmasına maneə törədəcək səbəb olmadığını bildirib. SİA-nın rus mətbuatına istinadən məlumatəna görə, Rus televiziya kanalının "Şənbə xəbərləri" adlı analiz proqramına müsahibә verәn prezident Putin xüsusilə Ukraynadakı böhrana toxunub.
Rusiya ilə Qərb ölkələri arasındakı əlaqələrinin Ukraynadakı böhran və Krımın təktərəfli Rusiyaya qoşulması ilә pozulduğunu ifadә edәn Putin, münasibәtlәrin necə, nə vaxt normallaşa bilәcәyi sualına, "əlaqələrin normallaşmasına maneə törədəcək səbəb yoxdur. Vәziyyәt Moskvadan asılı deyil. Bu sual ortaqlarımıza ünvanlanmalıdır" - deyib.
NATO-nun şərqə doğru böyümәsini əsla qəbul etməyəcəklərini bildirən Putin, "Biz də buna qarşı bәzi addımlar atmaq məcburiyyətindəyik. Bu doğru , bunu kimsə tәkzib edә bilmәz"
V.Putin 1 oktyabr 2014-cü ildə vəzifəyə başlayacaq NATO-nun yeni baş katibi Jens Stoltenberg haqqında da münasibәt bildirib: "Şəxsi münasibətlər də daxil olmaqla, çox simimi әlaqәlәrimiz var. O, çox ciddi vә mәsuliyyәtli biridir".
Rusiya dövlət başçısı Ukraynanın tәbii qaz borcu ilə əlaqədar olaraq da, Rusiyaya olan qaz borcunu ödəməsi üçün Kiyev rəhbərliyinə bir ay möhlәt verilib. Bu müddәtin sonunda ortaya çıxacaq nәticәyә görә lazımlı addımlar atılacaq deyərək, o, sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB