İsa Qəmbər ümidini Sərdar Cəlaloğlunun qərarına dikib

İsa Qəmbər ümidini Sərdar Cəlaloğlunun qərarına dikib

Azərbaycan Demokrat Partiyası (ADP) ilə Müsavat Partiyası arasında yeni birlik formalaşdırıla bilər. ADP-dəki mənbədən SİA-ya daxil olan məlumata görə, partiyalar arasındakı yaxınlaşmaya səbəb, Müsavatın Milli Şuradan getməsi və ayrılıqda fəaliyyət göstərməsidir. Qeyd olunur ki, düşərgə daxilində təcrid durumuna düşən İsa Qəmbərin təşkilatı ADP sədri Sərdar Cəlaloğludan təklif gözləyir. Son qərarı isə məhz ADP verəcək.

Xatırladaq ki, bir müddət öncə, Sərdar Claloğlu Müsavat Partiyasını birlik formatında müttəfiqliyə dəvət etdiyini, İsa Qəmbərin isə həmin təklifi rədd etdiyini bildirmişdi. Müsavat Partiyası Milli Şuraya daxil olduqdan sonar hər iki partiya arasındakı körpülər tamamilə yandırılmışdı. Hazırda isə ADP-nin Müsavatla yenidən bir araya gəlməsi üçün Sərdar Cəlaloğlunun hansı qərar verəcəyi gözlənilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə