R.T.Ərdoğan: “Bizə verilən vəzifə ilə xidmətimizi davam etdirəcəyik”
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının prezident seçkilərində namizədliyi ilə bağlı məsələdə hər bir qrupun düşüncəsini öyrənəcəyini vurğulayıb. SİA-nın məlumatına görə, Ərdoğan, "Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş vilayət sədrləri toplantısı"nda prezident seçkilərinə dair konkret açıqlama verib.
"Əlaqədar qrupların fikirlərini öyrənib, təkliflərinə, məsləhətlərinə müraciət edəcəyik"- deyən, Ərdoğan bildirib ki, Türkiyə prezidenti Abdullah Güllə də bu məsələ haqqında ayrıca görüşü olacaq: "Bu əziz millət, sizə, bizə hansı vəzifəni tapşırsa, biz o vəzifə ilə xidmətimizi davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB