Hikmət Babaoğlu: “Bu səfərin baş tutması Azərbaycan və ATƏT üçün əhəmiyyətlidir”
"Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri milli-mənəvi dəyərlərimizi qorumaqla Qərbə doğru inteqrasiyadır. Bu inteqrasiya mədəni, iqtisadi, insan hüquqları və demokratiya və digər sahələri əhatə edir. Eyni zamanda Azərbaycan xarici siyasətinin digər prioritet istiqamətlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi cəhdlər göstərmək, bu problemin həllinə nail olmaqdır. Məsələyə bu konteksdən yanaşdıqda ATƏT ən yaxşı əməkdaşlıq platformalarından biridir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
H.Babaoğlu hesab edir ki, bu baxımdan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir: "Post-Sovet məkanında baş verən kritik hadisələrlə eyni vaxtda bu səfərin baş tutması Azərbaycan və ATƏT üçün əhəmiyyətlidir. Hadislərin inkişafı göstərir ki, hər hansı problemlə bağlı ilkin şərtlər içərisində radikal addımların atılması arzu olunan nəticələrə gətirib çıxarmır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında hərbi-siyasi variantı həyata keçirmək hüququnu həmişə özündə saxlayır. Ona görə də bu məsələlərin Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT sədri səviyyəsində müzakirə olunması problemlərin həlli ilə bağlı nəticəyə təsir göstərəcək".
Politoloq qeyd edib ki, beynəlxalq münasibətlərdə ikili standartlar uzun müddətdir tətbiq olunur və hadisələrə fərqli yanaşılır: "Ona görə də bu fərqli yanaşmalar, ayrı-ayrı hadisələrlə bağlı müxtəlif mövqelərin nümayiş etdirilməsi, beynəlxalq hüququn interpresasiya olunması istər dünyanın ən böyük təşkilatı olan BMT-nin, istərsə də ATƏT kimi regional təşkilatların beynəlxalq imicinə zərər gətirir. Nə qədər ki, beynəlxalq və regional təşkilatların fəaliyyətində nizamnamə tələblərinə uyğun konkretlik olmayacaq, müxtəlif coğrafiyalarda, ən müxtəlif hadisələrlə üzləşmək mümkündür. Bunların da nəticələri nə həmin ölkələr, nə də Avropa ölkələri üçün arzu olunan deyil. Azərbaycan Prezidentinin də qeyd etdiyi ki, beynəlxalq münasibətlər sistemində ikili standartlara son qoyulmalıdır və hər kəsin haqqı özünə verilməlidir. Birmənalı şəkildə ölkələrin ərazi bütövlüyünün qorunması üçün beynəlxalq və regional təşkilatlar əllərindən gələni etməlidirlər. Belə olacağı təqdirdə biz yaxın zamanlarda Avasiya məkanında sülh və əmkdaşlığın olduğunu müşahidə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB