Ərdoğan terror hadisәlәrindən narahatlığını dilə gətirib

Ərdoğan terror hadisәlәrindən narahatlığını dilə gətirib

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı regional rəhbərliyin baş naziri Neçirvan Bərzani ilə bir araya gәlib. SİA-nın məlumatına görə, görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

Hər iki nazir Türkiyə ilə İraqın şimalındakı regional rəhbərlik arasında enerji sahәsindә əməkdaşlığın güclәnәrәk davam edәcәyini vurğulayıblar.

Baş nazir Әrdoğan İraqda son dövrlərdə qeyri-sabitlik və artan terror hadisәlәrindən narahatlığını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə