Qazaxıstan müdafiə nazirinin səfər proqramı açıqlandı

Qazaxıstan müdafiə nazirinin səfər proqramı açıqlandı

Qazaxıstan müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin proqramı məlum olub. Qazaxıstanın Bakıdakı səfirliyindən SİA-ya verilən məlumata görə, səfər zamanı S.Axmetov Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Qonaq həmçinin Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüş keçirəcək və müdafiə sənayesi obyektlərinə baş çəkəcək. Səfər zamanı hər hansı müqavilənin imzalanacağı gözlənilmir.

Xatırladaq ki, S.Axmetovun Azərbaycana səfəri aprelin 21-22-də baş tutacaq. Bu, S.Axmetovun müdafiə naziri qismində ilk rəsmi xarici səfəri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə