Suriya və Ukraynadakı son vəziyyət müzakirə edilib

Suriya və Ukraynadakı son vəziyyət müzakirə edilib

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Məclisinin sədri Con Boehner və digər nümayəndə heyəti ilə bir araya gəlib. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı regional və beynəlxalq məsələlər müzakirə edilib.

Baş nazir Ərdoğan 1915-ci il hadisələri barədə Türkiyənin həssaslığına diqqəti çəkərək bu məsələnin iki ölkə arasındakı əlaqələrə mənfi təsir etməsinə icazə verilməməsinin vacibliyinə toxunub.

ABŞ Nümayəndələr Məclisinin sədri Boehner isə bu məsələnin tarixçilər tərəfindən müzakirə edilməsinin lazım olduğunu dilə gətirib.

Görüşdə Suriya və Ukraynadakı son vəziyyət də müzakirə edilib.

Baş nazir Ərdoğan Əl Qaidə terror təşkilatının bölgənin əmin-amanlığını təhlükə ilə üzləşdirdiyini bildirərək deyib ki, Əl Qaidə ilə bağlantısı olan qruplarla mübarizədə beynəlxalq əməkdaşlığa ehtiyac vardır: "Türkiyədə hazırda 800 min Suriyalı yaşayır. BMT Təhlükəsizlik Şurasının fevralın 22-də qəbul etdiyi qətnamənin həyata keçirilməsi böyük əhəmiyyətə malikdir".

Ukrayna məsələsində isə tərəflər prosesin narahatçılıq doğurduna işarə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə