Təhsil Nazirliyi üçün müəyyənləşdirilən xidməti minik avtomobillərinin sayı 75-ə çatıb QƏRAR
Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, Təhsil Nazirliyi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi (lmiti) artırılıb.
İndiyə qədər Təhsil Nazirliyinin Aparatı üçün 5 ədəd xidməti minik avtomobili limiti mövcud olub. Dəyişikliyə əsasən Təhsil Nazirliyinin Aparatı üçün xidməti minik avtomobillərinin limiti 2 dəfə artırılıb və nazirliyin Aparatı üçün 10 ədəd xidməti minik avtomobili limiti müəyyənləşdirilib.
Təhsil Nazirliyinin ərazi və yerli bölmələri üçün müəyyənləşdirilmiş 65 ədəd xidməti minik avtomobili limiti isə dəyişdirilməyib. Beləliklə, Təhsil Nazirliyi üçün müəyyənləşdirilmiş xidməti minik avtomobillərinin sayı 75 ədədə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB