ABŞ Rusiyanı günahlandırıb

ABŞ Rusiyanı Qara dənizdə ölkəsinə məxsus gəmilərini narahat etməkdə günahlandırıb. SİA-nın məlumatına görə, Pentaqon bir Rus qırıcı təyyarəsinin Qara dənizdə aprelin 12-də 90 dəqiqə müddətində Amerikaya məxsus hərbi gəmi USS Donald Cookun yaxınlığından keçdiyini bildirib.

Yayılan açıqlamaya görə, Rumıniya sahillərində beynəlxalq sularda olan hərbi gəmiyə 900 metrə qədər yaxınlaşan rus qırıcı təyyarəsi hər hansı bir təmas üçün təşəbbüs etməyib.

Silahsız uçan təyyarə 12 dəfə hərbi gəmiyə təhlükəli şəkildə yaxınlaşıb. Pentaqon Rusiyanı təhrikedici və beynəlxalq müqavilələrə əməl etməməkdə günahlandırıb.

Qeyd edək ki, hərbi manevr üçün aprelin 10-da Qara dənizə gedən Amerika hərbi gəmisi hələ də Rumıniya limanındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə