Hafiz Hacıyev: "Əli Kərimli getsin öz canının hayına qalsın"

Hafiz Hacıyev: "Əli Kərimli getsin öz canının hayına qalsın"

"Əli Kərimli kimdir ki, kimlərəsə ağıl verə?! O getsin özünü qorusun. Onun siyasətdən qəti başı çıxmır. O, özünə məslət versin, başqalarına məsləhət verməklə məşğul olmasın". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin Ukraynadakı hadisələrlə bağlı Ukraynada yenicə hakimiyyətə gəlmiş qüvvələrə verdiyi məsləhətlərə münasibətini bildirərkən söyləyib.

Hafiz Hacıyev qeyd edib ki, Əli Kərimli siyasətən qəti şəkildə anlayışı olmayan bir insandır: "Onun siyasi gücü, səriştəsi olmayıb, indi də yoxdur. Hər zaman qətiyyət lazım olan məqamda qaçıb qadın arxasında gizlənib, iyrənc işlərlə məşğul olub. O heç kimə məsləhət verə bilməz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə