Türkiyədə avqustun 10-da prezident seçkiləri keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkə rəhbəri Abdullah Gülün vəzifə müddəti avqustun 28-də başa çatır. Ölkə xaricində yaşayan Türk vətəndaşları 31 iyul-3 avqust tarixləri arasında yaşadıqları ölkədə səs verə biləcəklər.
İlk tur seçkilərdə nəticə əldə edilməsə, ikinci tur seçki avqustun 24-də yəni, bazar günü keçiriləcək.
Ölkə xaricində yaşayan Türk vətəndaşları ikinci tur seçkilər üçün 17-20 avqust tarixləri arasında yaşadıqları ölkədə səs verə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB